Barak Obama və Mişel Obama Kamala Harrisi dəstəkəyən bəyanat yayıblarbackend

Barak Obama və Mişel Obama Kamala Harrisi dəstəkəyən bəyanat yayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəkləyiblər.

Kamala Harris X sosial şəbəkəsində (keçmiş Twitter) ABŞ-ın keçmiş prezidenti və həyat yoldaşının ona zəng etdiyi videonu yerləşdirib. Xanım Harrisin kampaniyası videonun səhnələşdirilmədiyini bildirib: “Biz zəng etdik ki, Mişel Obama və mən sizinlə birlikdə olmaqdan qürur duyuruq və sizi bu seçkilərdən keçərək Oval Ofisə daxil olmaq üçün əlimizdən gələni edirək”- Barak Obama deyib.

Cütlük, həmçinin noyabrda seçilməsini asanlaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyini vəd edən bir bəyanat verib. “Biz prezident Co Baydenlə razıyıq. Kamala Harrisi onun verdiyi ən yaxşı qərarlardan biridir. O, bunu sübut edəcək təcrübəyə malikdir. Dəstək sizin dəstəyinizi almaq üçün çox şey deməkdir. Gəlin işə başlayaq”, – deyə Kamala Harris bildirib.

//Samir Qurbanov, Editor.az