Ukrayna əsgərləri rus işğalçılarını sistemli şəkildə məhv etməyə davam edir. Bu dəfə “Bars-11” dəstəsinin komandir müavini Aleksandr “Papa” Yuvitsa məhv edilib.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi bloger Anatoli Stefan “Ştirlits” məlumat verib. Onun sözlərinə görə, öldürülən işğalçısının o qədər “reqaliya”sı var idi ki, saymaqla qurtarmaq mümkün deyil.
Nekroloqlarda onu “ferma kazak cəmiyyətinin atamanı, balıqçı və peyntbolçu” adlandırırdılar. Lakin əsas odur ki, Kubandan olan Aleksandr “Papa” Yuvitsa uğurla “tərxis olunub”, – Ştirlits qeyd edib.
//Samir Qurbanov, Editor.az


