“Barselona”da sürpriz Suares həmləsibackend

“Barselona”da sürpriz Suares həmləsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” klubu bu il baş məşqçi Xavi Hernandesə mükəmməl bir komanda təqdim etmək istəyir. Editor.az “Sporx” saytına istinadən xəbər verir ki, bu məqsədlə klubun transfer fəaliyyətləri davam edir. Kataloniya təmsilçisi “Atletiko Madrid”dən ayrılan Luis Suareslə əlaqə qurub.

Əsas hədəfi Robert Levandovski olan “Barselona” Suaresi ehtiyat olaraq almaq istəyini açıq-aşkar bildirib. Uruqvaylı futbolçu isə “Barselona”nın bu təklifini rədd edib.

Suares qeyd edib ki, o, İspaniyanın “Sevilya”, “Villarreal” və Argentinanın “River Pleyt” klublarından təklif alıb. O, “Barselona”nın təklifini rədd etmə səbəbini bu komandaları gözlətməyin təkliflərdən imtinaya gətirib çıxara biləcəyi ilə əsaslandırıb.

//Nəzərbəy Hacıağayev, Editor.az