“Barselona”dan Fransa birinci liqasınabackend

“Barselona”dan Fransa birinci liqasına

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il çempionluğu hədəfləyən İstanbul nəhəngi “Beşiktaş”ın transfer etmək istədiyi “Barselona”nın oyunçusu Samuel Umutiti ilə bağlı yeni iddia yayılıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, Fransanın “Rennes” klubu Umutitini transfer etmək istəyir.

Fransa təmsilçisi “Barselona”da əsas heyətə düşə bilməyən oyunçunu hətta icarəyə götürməyə hazırdır.

Xatırladaq ki, Umutiti 2016-cı ildə 25 milyon avroya Fransanın “Lion” klubundan “Barselona”ya transfer olmuşdu. O, verdiyi açıqlama da bildirib ki, “Barsa”nı çox sevir və klubun ona şans verməsini istəyir.

//Nəzərbəy Hacıağayev, Editor.az