“Barselona”nın ev oyunlarını keçirdiyi məşhur “Nou Kamp” stadionunda yenidənqurma və təmir işləri aparılacaq.
Editor.az “sporx” a istinadən xəbər verir ki, “Barselona”nın prezidenti Xuan Laporta “Nou Kamp”ın yenilənməsi ilə əlaqədar planları açıqlayıb.
“”Barselona”nın bələdiyyə sədri Adau Kolau ilə “Barselona”nın stadionun yenilənmə layihəsini razılaşdırdıq. Lisenziyalarını aldılar və artıq işlərə başlaya bilərlər. Gözləntilərimizə əsasən iyun ayında mövsümün sonuna çatması ilə əlaqədar olaraq inşaat işlərinə başlanacaq. Bu layihə dünyanın ən böyük idman, əyləncə və kreativ layihəsi olacaq. “Barselona” azərkeşləri və barselonalılar bu stadionla qürur duyacaq”, – deyə Laporta bildirib.
Xuan Laporta təmir zamanı “Barselona”nın ev oyunlarını harada keçiriləcəyinə də aydınlıq gətirib
“Üçüncü mərtəbəni yeniləmək üçün 2023/2024 mövsümünü gözləyəcəyik. Həmin zaman ev oyunlarımızı Montjuiçdəki “Olimpia Stadionu”nda keçirəcəyik”,- deyə Kataloniya təmsilçisinin prezidenti bildirib.
//Nəzərbəy, Editor.az

