Barselona Kiyevə yardım edəcəkbackend

Barselona Kiyevə yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barselona Kiyevə humanitar yardım göstərməyə davam edəcək və şəhərə xüsusi avadanlıqlar bağışlayacaq.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.

Xəbərə görə, bu barədə Kiyev meri V.Kliçko öz Facebook səhifəsində yazıb.

“Bu gün mən Barselonanın meri Ada Kolau ilə onlayn danışdım. O qeyd etdi ki, Ukraynada həqiqətən nə baş verdiyini anlayır. Ukraynaya siyasi dəstəyini ifadə edən Kolau Kiyevə humanitar yardım göstərəcəyini də dilə gətirib. Mən ehtiyac duyulan dərmanların, həkim və xilasedicilər üçün qoruyucu vasitələrin, əhalinin mülki müdafiə vasitələrinin adını çəkdim. Həmkarım söz verdi ki, Barselona Kiyevin ehtiyacları üçün xüsusi avadanlıqlar da göndərəcək”, – Kliçko bildirib.

Kliçko həmkarı ilə söhbətində qeyd edib ki, müharibə hər bir avropalıya aiddir, çünki Rusiya bütün sivil dünyaya meydan oxuyur.

“Öz torpaqlarını qəhrəmancasına müdafiə edən ukraynalılar bu gün Putinin diktaturasında deyil, demokratik prinsipləri və yaşamaq hüquqlarını müdafiə edirlər. Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Avropanın hər bir vətəndaşına aiddir. Çünki Rusiya dünyaya meydan oxuyur. Avropa demokratiya və azadlığı qiymətləndirir. Mən bütün tərəfdaşlarımıza Ukraynaya göstərdikləri dəstəyə və yardıma görə təşəkkür edir və Rusiyaya iqtisadi və siyasi təzyiqləri daha da artırmağa çağırıram”, – deyə paytaxt meri fikirlərini yekunlaşdırıb.

Editor.az