“Barselona”nın dünyanın futbol xəritəsindən silinmək təhlükəsi varbackend

“Barselona”nın dünyanın futbol xəritəsindən silinmək təhlükəsi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa nəhəngi “Barselona” dünyanın futbol xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalıb.

Editor.az bildirir ki, bu barədə “The Telegraph” məlumat yayıb. “Təqsirli bilinərsə, cinayətkarlar 3 ildən 6 ilə qədər həbs cəzası alacaqlar. “Barselona”nın özü peşəkar futbol klubu kimi fəaliyyəti dayandırıla bilər və bu, çox güman ki, 124 yaşlı klubun iflasına gətirib çıxara bilər”, – materialda deyilir. 2023-cü ilin əvvəlində Neqreyra ilə bağlı vəziyyət məlum olub.

“Barselona” prokurorları kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı mümkün korrupsiya və hakimə ödənilən rüşvətlə bağlı iddia qaldırıb. O, 17 il ərzində Kataloniya klubundan təxminən 7,3 milyon avro qazanıb. İddialar təsdiqini taparsa, “Barselona”nı ağır cəza gözləyir. Belə ki, klub Sequndaya göndərilə və avrokuboklardan kənarlaşdırıla bilər.

Hələ ki, klub bu məsələ ilə bağlı bütün ittihamları rədd edir. Qeyd edək ki, hazırda İspaniya çempionatının yeddi turundan sonra “Barselona” “Real Madrid” və “Jirona”dan sonra üçüncü yerdədir.

//Samir Qurbanov, Editor.az