“Barselona”nın yeni transfer hədəfibackend

“Barselona”nın yeni transfer hədəfi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır.

Editor.az “Calciomercato”ya istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq istəyir. Eyni zamanda “İnter”in futbolçunu buraxmaq istəmədiyi bildirilib. Buna baxmayaraq, klubun oyunçunu satmağa razı olacağı təqdirdə, onun üçün ən azı 60 milyon avro istəyəcəyi vurğulanıb.

Qeyd edək ki, Bastoni 2017-ci ildən “İnter”də oynayır. Onun klubla müqaviləsi 2023-cü ilin yayı başa çatır.