“Barselona” Ronald Arauxo ilə müqavilə müddətini uzadıbbackend

“Barselona” Ronald Arauxo ilə müqavilə müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubu uruqvaylı müdafiəçi Ronald Arauxo ilə müqaviləni 30 iyun 2026-cı ilə qədər uzatmağı düşünür.

Editor.az “sporx” a istinadən xəbər verir ki, Arauxo müqavilə şərtlərini pozmağa cəhd göstərsə Kataloniya təmsilçisinə 1 milyard avro təzminat ödəməli olacaq. Futbolçu ilə müqavilə imzalama mərasimi 29 apreldə “Kamp Nou”da baş tutacaq.

Qeyd edək ki, Ronald Arauxo 2018-ci ildə “Barselona”nın B komandasından əsas komandaya keçid edib. O , cari mövsümdə 39 dəfə “Barselona”nın heyətində meydana çıxıb. Ronald Arauxo 9 dəfə öz ölkəsinin milli komandasının formasını geyinmək şərəfinə nail olub.

//Nəzərbəy, Editor.az