“Barselona”ya keçdim ki, Messi ilə oynayım” – Pyaniçbackend

“Barselona”ya keçdim ki, Messi ilə oynayım” – Pyaniç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunun yeni futbolçusu Miralem Pyaniç La Liqa təmsilçisinə keçidinin səbəbini açıqlayıb.

Editor.az apasport.az-a istinadən bildirir ki, bosniya və herseqovinalı daha sərfəli təkliflər alsa da, Kataloniya klubuna keçməyə üstünlük verib.

Pyaniçin qərarına isə hazırda “Barselona”dan gedişi gündəmi zəbət edən Lionel Messi ilə komanda yoldaşı olmaq arzusu təsir edib: “Mən “Barselona”ya keçdim ki, Lionel Messi ilə oynayım. Buna görə də PSJ-nin daha sərfəli təklifindən imtina etdim”.

Qeyd edək ki, Messi “Mançester Siti”yə keçmək niyyətində olsa da, “Barselona” ulduz futbolçunu buraxmaq istəmir.