“Barselona” yeni transferini elan etdibackend

“Barselona” yeni transferini elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubu İngiltərənin “Lids Yunayted” klubunda forma geyinən Rafinhanı transfer edib. Editor.az “sporx” a istinadən xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Kataloniyalılar 25 yaşlı oyunçu üçün 56 milyon avro ödəyəcəklər. Rafinha ilə İngiltərənin “Çelsi” və “Arsenal” klubları da maraqlanırdı. Ancaq Rafinha özü “Barselona”da oynamaq arzununun olduğunu bildirib. Məhz buna görə o, İspaniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki. arxada qoyduğumuz mövsümdə Rafinha “Lids Yunayted”in heyətində 33 oyunda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az