Prezident İlham Əliyev G.B.Baxşəliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Editor.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Gövhər Baxşəliyeva hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad. Z. Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur.