Baş İdarə rəisi Həmid Nəsirov Türkiyə Baş konsulunun diplomatik missiyasının başa çatması ilə əlaqədar ziyarət edibbackend

Baş İdarə rəisi Həmid Nəsirov Türkiyə Baş konsulunun diplomatik missiyasının başa çatması ilə əlaqədar ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

LGəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar olaraq konsulluğun mənzil-qərargahında Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürklə görüşüb.

Həmid Nəsirov diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün, o cümlədən Gənclər və İdman sahəsində göstərdiyi xidmətlərindən danışıb. O qeyd edib ki, Zeki Öztürk Gəncə şəhərinin ağır dönəmlərində Şəhər ictimaiyyətinin arasında okub, öhdəsinə düşən bütün vəzifəni layiqincə və şərəflə İcra edib. Zeki Öztürkün diplomatik fəaliyəti dövründə Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz” və ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” misraları təsdiqini tapıb. Rəis H.Nəsirov konsulun uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib və konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Zeki Öztürk, öz növbəsində səmimi ziyatət üçün öz minnədarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə strateji əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edən konsul bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını söyləyib.

Daha sonra Həmid Nəsirov Zeki Öztürkü Türkiyə Respublikasının Gəncədəki Baş konsulu kimi Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsində, şəhərin ictimai və idman həyatında, həmçinin idman sahəsində verdiyi töhfələrə görə Baş İdarə rəisinin müvafiq əmri ilə “Fəxri Fərman” ilə təltif edib və Gəncəni əks etdirən simvolik hədiyyə təqdim edib.