Baş infeksionist: “Epidemiyası davam etdiyi bir dövrdə dərslərin başlanması riskli məsələdir”backend

Baş infeksionist: “Epidemiyası davam etdiyi bir dövrdə dərslərin başlanması riskli məsələdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus epidemiyası davam etdiyi bir dövrdə dərslərin başlanması riskli məsələdir.

Editor.az bildirir ki, bunu “ölkə.az”a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, epidemiyanın davam etdiyi dövrdə insanların çox toplaşması xəstəliyin yayılmasına təkan verir. “Ona görə də yeni dərs ilinin başlaması bir qədər mürəkkəb bir prosesdir. Çünki məktəblər insanlaırn ketləvi şəkildə toplaşdığı bir məkandır. Təbii ki, vəziyyət Təhsil Nazirliyi tərəfindən öyrənilir və bu istiqamətdə işlər gedir”- C.İsayev bildirib.

O əlavə edib ki, hələ yeni dərs ilinin başlamasına 20 gün var: “Bu dövrdə epidemiyanın necə inkişaf etməsi, onun hansı dinamikanı göstərməsini öyrəndikdən sonra konkret qərar qəbul olunacaqdır: “Bütün hallarda vəziyyət öyrənildikdən sonra vəziyyətə uyğun olaraq dərs ilinin hansı formada başlaması ilə bağlı konkret qərar Operativ Qərargah tərəfindən veriləcək”.