Baş katib: “İsveç və Finlandiyanın tezliklə Alyansa üzv olacağına zəmanət verə bilmərəm”backend

Baş katib: “İsveç və Finlandiyanın tezliklə Alyansa üzv olacağına zəmanət verə bilmərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən İsveç və Finlandiyanın tezliklə Şimali Atlantika Alyansına üzv olacağına zəmanət verə bilmərəm”.

Editor.az TASS-aa istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Amerikanın “Politico” qəzetinin təşkil etdiyi tədbirdə deyib.

“Amma mənim məqsədim hənmin dövlətlərin tezliklə Alyansa üzvlüyünü təmin etməkdir. Alyans daxilində bir və ya bir neçə müttəfiqin digərləri ilə razılaşmaması ilk dəfə deyil”, – o, əlavə edib.

Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveçin NATO-dakı səfirləri Stoltenberqə ölkələrinin Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizələrini təqdim ediblər./report