Baş məşqçi yeniyetmə cüdoçuların Sloveniyadakı çıxışlarını dəyərləndiribbackend

Baş məşqçi yeniyetmə cüdoçuların Sloveniyadakı çıxışlarını dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına ikinci heyətlə yollanmışdıq”.

Bunu “Report”a yeniyetmə cüdoçulardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli deyib.

Onun sözlərinə görə, komanda 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb:

“Hesab edirəm ki, çox yaxşı nəticədir. İrəlidə bizi Zaqreb şəhərində keçiriləcək Dünya çempionatı gözləyir. Hazırda birinci heyət ora hazırlaşır. Ümidvaram orada da yaxşı nəticə göstərərik”.