Baş nazir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsini Prezident hökumət qarşısında strateji vəzifə kimi qoyub”backend

Baş nazir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsini Prezident hökumət qarşısında strateji vəzifə kimi qoyub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi dünyanın ərzaq bazarında görünməmiş şok yaradıb”.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin  2022-ci ildəki fəaliyyəti barədə hesabatı təqdim edərkən deyib.

Baş nazir bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub.

Əli Əsədov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.

“2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb”, – deyə o qeyd edib. Hazırda strateji valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dolları təşkil edir”, – deyə o əlavə edib.