Baş nazir ETSN-in Söyüdlüdə 2018-ci ildən bəri monitorinq aparmamasını ciddi nöqsan adlandırdıbackend

Baş nazir ETSN-in Söyüdlüdə 2018-ci ildən bəri monitorinq aparmamasını ciddi nöqsan adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb.

Editor.az xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış komissiyanın ikinci iclasında bildirilib.

İclasda, həmçinin nazirliyin öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirmədiyi qeyd edilib.