Baş nazirdən YENİ QƏRAR: yol vergisi belə hesablanacaqbackend

Baş nazirdən YENİ QƏRAR: yol vergisi belə hesablanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

– avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;

– oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

– avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;

– avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

– Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.