İspaniyada Baş nazir Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin mobil telefonlarının İsrailin “Pegasus” casus proqramı ilə dinlənildiyi üzə çıxıb.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, hadisənin ortaya çıxmasından sonra hökumət bu gün qəbul etdiyi qərarla İspaniya Milli Kəşfiyyat Mərkəzinin (CNI) rəhbəri Paz Estebanı vəzifəsindən azad edib.
Nazirlər Kabinetinin bu gün axşam saatlarında məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, 64 yaşlı Esteban 2019-cu ilin iyulunda “CNI” nin prezidenti təyin edilən ilk qadın olub.
//Gülnarə Abasova, Editor.az

