Baş prokurordan yeni TƏYİNATLARbackend

Baş prokurordan yeni TƏYİNATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Editor.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.

Vurğulanıb ki, Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.