Baş prokurorun birinci müavinindən helikopter qəzası ilə bağlı AÇIQLAMA – VİDEObackend

Baş prokurorun birinci müavinindən helikopter qəzası ilə bağlı AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb”.

Bunu Baku TV-yə açıqlamasında baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

O qeyd edib ki, şahidlərin dindirilməsi davam etdirilir:

“Eyni zamanda meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

E.Məmmədov əlavə edib ki, ilkin məlumat kimi heç bir fikir bildirmək olmaz:

“İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.