Baş Qərargah: Rusiya ordusunun İrpeni tutmaq üçün daha bir cəhdi uğursuz oldubackend

Baş Qərargah: Rusiya ordusnun İrpeni tutmaq üçün daha bir cəhdi uğursuz oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahınin verdiyi məlumata görə rus ordusu Ukraynaya qarşı havadan və qurudan hücum əməliyyatını davam etdirir.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, işğalçının İrpin şəhərini ələ keçirmək üçün növbəti uğursuz cəhdinin qarşısı alınıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Polissyada Kiyev istiqamətində düşmən Demidov ərazisində İrpin çayı üzərindən ponton keçidini işə salaraq hücumu bərpa etməyə çalışır.

İşğalçının İrpin şəhərini ələ keçirmək üçün növbəti cəhdi uğursuz alınıb. Ukrayna müdafiə qüvvələri düşmənin yeni texnikasını məhv edib.

Bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin tank və mexanikləşdirilmiş bölmələri artilleriya dəstəyi ilə müəyyən sərhədlərin müdafiəsini qoruyur.

//Gülnarə Abasova, Editor.az