“Tammiqyaslı müharibə başlayandan bəri Ukraynada Rusiya itkilərinin sayı bu gün 300 min nəfəri keçib. Xüsusilə, son 24 saat ərzində daha 870 rus hərbiçisini məhv etmək mümkün olub”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
2022-ci il fevralın 24-dən etibarən Rusiya Federasiyasının Ukraynadakı ümumi döyüş itkiləri təxminən 300 810 hərbi qulluqçu təşkil edir.
Bundan əlavə digər döyüş itkiləri 5211 tank, 9804 zirehli maşın, 7227 artilleriya sistemi, 562 hava hücumundan müdafiə vasitələri, 5440 operativ-taktiki PUA, 1546 qanadlı raket, 9590 avtomobil və tanker, 1016 xüsusi texnikadan ibarətdir.
//Safura Bənnayeva, Editor.az

