Baş Qərərgah rəsinin müavini həbs edildibackend

Baş Qərərgah rəsinin müavini həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada RF Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, general-leytenant Vadim Şamarin saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə nəşrə bildirib ki, generalın üzərində mümkün dələduzluq cinayət işi ilə bağlı axtarış aparılıb və o, dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib.

Şamarinin 235-ci qarnizon hərbi məhkəməsində rüşvət alması işi üzrə həbs edildiyi bildirilir. Bundan sonra müstəntiqlər həbs olunan generalı xüsusilə külli miqdarda rüşvət almaqda ittiham ediblər. Qeyd olunur ki, belə yüksək rütbəli rusiyalı hərbçi son illərdə cinayət məsuliyyətinə cəlb olunan ilk şəxs deyil.

Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər. Hər iki şəxs xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

//Samir Qurbanov, Editor.az