“Azərbaycan Ermənistan xarici işlər nazirlərinin, eyni zamanda dini liderlərin görüşündan sonra verilən açıqlamalar, baş verən proseslər yaxın zamanda Azərbaycan -Ermənistan arasında sülh müqaviləsinin imzalanacağından xəbər verir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloq bildirib ki, Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrini buraxmaq məcburiyyətində olduğunu deyib:
“Əlbəttə, bu müsbət haldır. Bu cür xəbərlər artıq ermənilərin mövcud reallığı dərk etməyə başladığından xəbər verir. Lakin bu müsbət hal o zaman özünü təsdiqləyəcək ki, Ermənistan rəsmi şəkildə Azərbaycanın dövlət sərhədlərini tanısın. Türkiyə-Rusiya münasibətlərinin dinamikası və Yaxın Şərqdə baş verə biləcək hadisələr də Azərbaycan-Ermənistan arasındakı məsələlərə təsirsiz ötüşməyəcək. Türkiyənin Qərblə münasibətləri gərginləşməyə doğru getsə də, Rusiya ilə münasibətlər müsbət müstəvidədir. Regionda və dünyada baş verən siyasi proseslər Azərbaycan və Ermənistan münasibətlərinin gedişatında mütləq öz sözünü deyəcək. Ya müsbət, ya mənfi mənada…”
//Gülnarə Abasova, Editor.az

