“Baş verənlər Rusiyanın da maraqlarına uyğundur, çünki…”- ŞƏRHbackend

“Baş verənlər Rusiyanın da maraqlarına uyğundur, çünki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün artıq Ermənistan hakim dairələri daxilində ciddi bir təşviş var. Paşinyan administrasiyası Şuşa-Xankəndi yolunun bağlanması ilə əlaqədar olaraq ciddi narahatlıq keçirir. Əslində Laçın yolunu azərbaycanlılar yox, Rusiya hərbiçiləri bağlayıb. Bunu da Ermənistan tərəfi yaxşı başa düşür. Bu məsələdə Rusiyanın öz maraqları var, “sülhməramlılar” isə birbaşa Kremldən təlimat alır və tapşırıqları üzrə hərəkət edir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Paşinyanın mövcud vəziyyətdə deputatlarına və hökumət üzvlərinə tutarlı cavab verməsi reallıqdan uzaqdır:

“Digər tərəfdən Paşinyan özü də başa düşür ki, bu baş verən hadisələrin kökündə də məhz onun yürütdüyü səriştəsiz siyasət dayanır. Artıq 2 ildən çox müddət ərzində Ermənistan Azərbaycanla normal dialoq formasına keçib sülh müqaviləsi üzərində işləmir. Üstəlik isə Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazilərində erməni terrorçu dəstələri hələ də saxlanılır və qondarma rejim rus hərbiçiləri ilə birgə təbii sərvətlərimizin qanunsuz istismarı, ekoloji fəlakətin gücləndirilməsi, habelə erməni diversantlar tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı ciddi bir mina terroru törədir. Bunların hər birini Paşinyan özü də yaxşı başa düşür. Paşinyanın deputatlar qarşısındakı susqunluqları da bundan irəli gəlir. Əlbəttə ki, Ermənistan bu və ya digər formada rus hərbiçilərinə təsir etmək və ondan öz maraqları naminə istifadə etmək niyyətində olsa da bunu reallaşdıra bilmir. Çünki həmin bu “sülhməramlı” adı altında fəaliyyət göstərən rus hərbiçiləri birbaşa Kremldən təlimat alır. Bu gün baş verənlər də mahiyyət etibarilə Rusiyanin da maraqlarına uyğun gəlir. Çünki Qarabağdakı Rusiya Hərbi Komandanlığı terrorçularla birgə Azərbaycan ərazilərindəki təbii sərvətlərin qanunsuz istismarına şərait yaradıb mənfəət güdür. Bu baxımdan problemin kökündə Paşinyanın yürütdüyü səriştəsiz siyasət və Rusiyanın mənfəətləri dayanır”.

//Gülnarə Abasova, Editor.az