Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrienko Çeçenistanda rus hərbçilərinə hücumda iştirak edən Basayev və Xəttab dəstəsinin daha iki üzvünün tutulduğunu açıqlayıb.
Saxlanılanlar Xamidula Yapov və Minkayıl Maqamadovdur. Cinayətkarların tutulması işləri FTX əməkdaşları tərəfindən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz üzrə Baş İdarəsinin “E” mərkəzi ilə birlikdə aparılıb. Yapov və Maqamadov 1999-cu il oktyabrın 4-də Çervlennaya kəndində rus hərbçilərinə, həmçinin 2000-ci ildə Pskov paraşütçülərinə hücumlarda ittiham olunurlar. Qeyd olunur ki, təqsirləndirilən şəxslərə qarşı ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib. Petrienko əlavə edib ki, tutulanların digər cinayətlərdə iştirakları yoxlanılır.
Onu da əlavə edək ki, müstəntiqlər Basayev və Xəttab dəstə üzvlərinin silahlı basqınları ilə bağlı cinayət işlərinin istintaqını davam etdirirlər.
//Samir Qurbanov, Editor.az