Başçı ilə regional rəisin münasibətlərinə dair xəbərə reaksiya-Lənkəran ŞİH təkzib edirbackend

Başçı ilə regional rəisin münasibətlərinə dair xəbərə reaksiya-Lənkəran ŞİH təkzib edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az-ın Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə arasında narazılıq yaşanması ilə bağlı xəbərinə şəhər icra hakimiyyətindən reaksiya gəlib. Lənkəran ŞİH yazıda qeyd olunan iddiaları təkzib edib. Açıqlamanı olduğu kimi təqdim edirik:

“Bu fikirlər tamamilə yanlışdır, əsassızdır və cəfəngiyyatdan ibarətdir. Bildiririk ki, Lənkəran ŞİH fəaliyyətini “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq qurur və rayon ərazisində ümumi rəhbərliyi həyata keçirir. Bu istiqamətdə rayondakı bütün idarə, müəssisə, təşkilatlar, eləcə də mərkəzi hakimiyyətin regional idarə və bölmələri ilə sıx, qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Bütün təşkilatlar və idarələr ümumrayon tədbirlərində fəaliyyət istiqamətlərinə uyğun olaraq Lənkəran ŞİH rəhbərliyi altında səmərəli və effektiv şəkildə fəaliyyətlərini davam etdirirlər.
Məqsədli şəkildə yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının regional və yerli bölmələri arasında narazılıqların olması barədə fikirləri gündəmə gətirmək təəssüf doğrur.

Media mənsublarını bu kimi məsələlərdə daha həssas davranmağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa dəvət edirik. Eyni zamanda bildiririk ki, dövlət qurumlarının işgüzar nüfuzlarına zərər vuran əsassız, fakta söykənməyən iddiaların, fikirlərin dövriyyəyə buraxılması qanunla müəyyən edilmiş hüquqi məsuliyyət yaradır”.

//Editor.az