Başına 1 milyon qoyulan şəxs ələ keçdi: Rusiya indi də “Fərid”i axtarırbackend

Başına 1 milyon qoyulan şəxs ələ keçdi: Rusiya indi də “Fərid”i axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ən çox axtarılan cinayətkarlardan biri ələ keçib.

Məlumata görə, saxlanılan Yuri Çekin Xantı-Mansiysk muxtar dairəsinin prokuroru Yuri Bederinin qətlində günahkar bilinir.

O, bu illər ərzində yaxın qohumunun hesabına yaşayıb. Yeri gəlmişkən, Çekinin yerini deyənə 1 milyon rubl (təxminən 24 min manat) mükafat vəd edilmişdi.

Bu arada Rusiyanın ən çox axtarılan şəxslər arasında “Fərid” ləqəbli Mahmudov Fəxrəddin adlı bir nəfərin də adı keçir. O, cinayətkar qruplaşma yaratmaqda, qətl, qarət və quldurluqda ittiham olunur. Mahmudov, 7 ildir ki, axtarışdadır.