İsraildə baş tutmuş nadir bir əməliyyat nəticəsində başları bir-birinə bitişik bir yaşlı körpələr bir-birindən uğurla ayrılıblar.
Editor.az xəbər verir ki, BBC -də yayılan xəbərə görə, körpə qızların bir -birindən ayrıldığı əməliyyat təxminən 12 saat çəkib. Hazırlığı belə uzun sürən əməliyyata onlarla İsrail və xarici mütəxəssis qatılıb. Əkizlərin arxadan bitişik başlarının ayrıldığı əməliyyat İsraildə ilk dəfə, dünyada isə 20 -ci dəfə həyata keçirilib.
Adları açıqlanmayan körpələrin vəziyyətinin yaxşı olduğu bildirilib. Soroka Xəstəxanasının plastik cərrahiyyə şöbəsinin müdiri Eldad Silberstein “Körpələr nəfəs alır və özləri yemək yeyə bilərlər” deyib. Əkizlərin tamamilə normal bir həyat sürəcəyi gözlənilir.
//Gülnarə Abasova, Editor.az

