Başqa qadınların şəkillərini “layk” etdiyinə görə 500.000 ödəməli oldubackend

Başqa qadınların şəkillərini “layk” etdiyinə görə 500.000 ödəməli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ali Məhkəməsi sosial mediada başqa qadınların şəkillərini bəyəndiyinə görə əri boşanmaqda günahkar bilib.
“Habertürk” televiziya kanalının məlumatına görə, o, keçmiş həyat yoldaşına 500.000 türk lirəsi təzminat, eləcə də ayda 5.000 lirə aliment ödəməli olub.

Qadın Kayseri məhkəməsində ilk dəfə baxılan boşanmadan sonra Ali Məhkəməyə iddia qaldırıb. Şikayətində o, ərinin onu sistematik şəkildə alçaltdığını, ailə ehtiyaclarını ödəmədiyini, xəyanət etdiyini və sosial mediada digər qadınların şəkillərini aktiv şəkildə bəyəndiyini iddia edib.

Məhkəmə ərin hərəkətlərini onun günahı üzündən boşanma üçün əsas hesab edib. Bu hökm presedent hesab olunur və oxşar səbəblərdən boşanmağı düşünən digər cütlüklər üçün bir rəhbər rolunu oynaya bilər.

//Samir Qurbanov, Editor.az