Başqırdıstanda yanğın faciəsi: 7 nəfərlik ailə kül oldubackend

Başqırdıstanda yanğın faciəsi: 7 nəfərlik ailə kül oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərdi evdə baş verən yanğın nəticəsində 7 nəfər ölüb.

Editor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan üzrə Baş İdarəsi bildirib. Yanğın Sterlitamak rayonunun Matveevka kəndində yarımtikili bir mənzildə baş verib. Söndürmə zamanı yeddi ölü tapılıb: iki böyük – kişi və qadın, daha beş oğlan uşağı.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, yanğın saat 3:27 radələrində baş verib. Həmin vaxt mənzildə valideynlər və 5 uşaq olub. Saat 05:19-da yanğın 56 kv.m sahədə lokallaşdırılıb. Başqırdıstan Respublikasında faciə ilə əlaqədar cinayət işi başladılıb.

//Samir Qurbanov, Editor.az