“Bavariya” Çempionlar Liqasının qalibi oldubackend

“Bavariya” Çempionlar Liqasının qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bavariya” futbol klubu Çempionlar Liqasının finalında Fransanın “Pari Sen-Jermen” komandasını 1-0 hesabı ilə məğlub edib.

Editor.az Trend-ə istinadən bildirir ki, qarşılaşma Lissabonda baş tutub. Qolu 59-cu dəqiqədə fransalı hücumçu Kinqsli Koman vurub.

Bununla “Bavariya” tarixində altınca dəfə Çempionlar Liqasının qalibi oldu.