“Bavariya”ya üç qol vurdu – Üçüncü oldubackend

“Bavariya”ya üç qol vurdu – Üçüncü oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bavariya” klubunun qələbə seriyası qırılıb.

Editor.az apasport.az-a istinadla bildirir ki, bunadək Bundesliqada ardıcıl 7 qələbə qazanan Münhen təmsilçisi “Arminiya” ilə heç-heçə oynayıb.

Görüş 3:3 hesabı ilə başa çatıb. Bilefeld təmsilçisi Bundesliqa tarixinə “Bavariya” ilə səfər matçında üç və ya daha çox top vuran 3-cü debütant kimi düşüb.

Əvvəlki belə hadisələr 2018-ci ilə təsadüf edib. Həmin vaxt “Ştutqart” və Düsseldorf “Fortuna”sı “Alyans Arena”da minimum üç qol vurub.

Loading...