AFFA-nın I Liqanın yeni iştirakçıları arasında yer verdiyi «İrəvan»da xoşagəlməz hadisə yaşanıb.
Elbrus Məmmədovun sükanı arxasına keçdiyi komandanın müxtəlif rayonlardan baxışa dəvət etdiyi futbolçular düşərgədə cəmi 1 gün qalıb.
Ayrı-ayrı bölgə klublarından yoxlanışa çağırılan oyunçular ertəsi gün buranı tərk edib.
Onlar özbaşınalığa yol verməyib. Problem ondadır ki, futbolçular Bakıda küçədə qalıblar. Kirayə ev və qidayla bağlı vəd olunan şeylər söz olaraq qalıb.
Bu faktın özü göstərir ki, «İrəvan» peəşkarlaşmaq baxımından hələ uzun yol keçməlidir. AFFA və Peşəkar Futbol Liqasının ictimai səbəblərə görə adıçəkilən klubu I Liqaya buraxması məlumdur.
Ancaq o məlum deyil ki, komandanın qurulmasında iştirak edən, həmçinin ona məsuliyyət daşıyan funksionerlər onlara tapşırılan işin öhdəsindən gəlməyə nə dərəcədə hazırdırlar.
Ümumiyyətlə, bacaracaqlarmı? Bunun özü də bir böyük sualdır.
SPORTİNFO.AZ

