Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi texnikasını məhv etməyə davam edir.
Son olaraq onlar bir gündə işğalçıların 6 tankını məhv ediblər. Üç T-72 tankı, bir T-80, iki T-90 tankı, həmçinin 2S1 özüyeriyən top və bir piyada döyüş maşını metal tullantısına çevrilib.
Editor.az Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskiyə istinadən məlumat verib. Bu zaman 120-ci Əlahiddə kəşfiyyat batalyonunun Oçi bölməsinin “Asqard” qrupu 28-ci Mexanikləşdirilmiş Briqadanın “Akula” qrupu, 92-ci Əlahiddə Briqadanın “Klavdiç2 qrupu və 28-ci Mexanikləşdirilmiş Briqadanın Elektron Müharibə və Kiber Müharibə Xidmətinin rəisi ilə əməkdaşlıqda çalışıblar.
//Samir Qurbanov, Editor.az

