“Ukrayna Müdafiə Qüvvələri Baxmut istiqamətində irəliləməyə davam edir, rus hərbiçiləri ciddi itkilər veriblər”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın “Şərq” qüvvələri qrupunun sözçüsü İlya Yevlaş məlumat verib.
“Baxmut, xüsusən də Qorlovka istiqamətində hərəkətimiz davam edir. Müəyyən uğurlar əldə edilərkən, 7 hərbi toqquşma nəticəsində 157 rus hərbiçisi məhv edilib. “Pion” , “Qrad” və çoxlu müxtəlif texnika, lüləli və çoxsaylı reaktiv yaylım atəşi sistemləri, o cümlədən D-30, D-20 topları və 28 FPV pilotsuz uçuş aparatı məhv edilib ki, bu da çox yüksək göstəricidir”, – deyə Yevlaş bildirib.
//Safura Bənnayeva, Editor.az

