Baxmutda vəziyyət gərginləşib və düşmən hücumu davam etdirir. Ukrayna Silahlı Qüvvələri düşməni geri oturtmaq üçün mümkün olan hər şeyi edir.
Editor.az bildirir ki, bu barədə Müdafiə nazirinin birinci müavini Anna Malyar Telegram-da yazıb.
Onun sözlərinə görə, “Baxmutda vəziyyət gərginləşib, düşmən hücumu davam etdirir və qoşunlarımızın müdafiəsini yarmağa çalışır. Əsgərlərimiz düşmənin öz planlarını həyata keçirməməsi üçün əlindən gələni edirlər”.
//Samir Qurbanov, Editor.az