Baxmutda ruslar mövqelerini qoyub qaçırbackend

Baxmutda ruslar mövqelerini qoyub qaçır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus qoşunları Baxmut yaxınlığında cəbhənin müəyyən sektorlarında geri çəkilib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski Telegram-da məlumat verib. Onun sözlrinə görə, “Baxmut istiqamətində düşünülmüş müdafiə sayəsində bölmələrimizin səmərəli fəaliyyətinin nəticəsini alırıq.

Xüsusilə də, effektiv əks-hücumlar həyata keçiririk. Cəbhənin müəyyən sektorlarında düşmən mövqelərini qoruya bilməyib, ukraynalı müdafiəçilərin hücumuna məruz qalıb və 2 kilometr məsafəyə qədər geri çəkilib”. Sırskinin fikrincə, məhz müdafiə əməliyyatının səriştəli aparılması “Vaqner” PMC-nin təlim keçmiş qüvvələrini tükəndirib və onları müəyyən ərazilərdə məğlub edib və geri çəkilən rus nizami qoşunlarının daha pis təlim keçmiş bölmələri ilə əvəz etməyə məcbur edib.

“Əhəmiyyətli qoşun cəmləşməsinə və rus hərbi cinayətkarlarının mayın 9-dan əvvəl Baxmutu tutmaq niyyətləri barədə yüksək səslə açıqlamalarına baxmayaraq, düşmən Ukrayna şəhərini ala bilməyib. Müdafiə qüvvələrimiz cəbhəni etibarlı şəkildə saxlayır və düşmənə imkan vermir ki, onlar Baxmutu ələ keçirsin. Baxmut uğrunda döyüşlər isə davam edir” deyə komandir yekunlaşdırıb. Eyni zamanda o, döyüşdə düşmənə güclü zərbə vuran və “Ukrayna ordusunun gücünü nümayiş etdirən” 3-cü əlahiddə hücum briqadasının işini ayrıca qeyd edib.

  //Samir Qurbanov,Editor.az