Bayden ABŞ-da prezidentlik yarışını qazandıbackend

Bayden ABŞ-da prezidentlik yarışını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da demokratların prezidentliyə namizədi Cozef Bayden respublikaçı Donald Trampı məğlub etmək üçün lazım olan 270 seçici kollegiyası səsini qazanıb.

Bu barədə CNN telekanalı proqnoz verib.

Qiymətləndirmələrə əsasən, C.Bayden Pensilvaniya ştatında qalib gəlib.

Namizəd seçkini qazanmaq üçün 538 seçici kollegiyası səsindən 270-ni yığmalıdır.

Beləliklə, indi Bayden 273, Tramp isə 213 seçici səsi qazanıb.

Loading...