Bayden ABŞ-dəki terror hücumları mövzusunda çıxışına zarafatla başladıbackend

Bayden ABŞ-dəki terror hücumları mövzusunda çıxışına zarafatla başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin hazırkı Prezidenti Co Bayden Nyu-Orlean və Las-Veqasdakı terror aktlarından sonra ilk dəfə ictimai bəyanatla çıxış edib, lakin nitqindən əvvəlki hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, onun çıxışını yanvarın 3-də Ağ Ev yayımlayıb.

Kadrlardan görünür ki, Bayden xalqına Yeni ilin ilk günlərində ölkəni sarsıdan hadisə ilə bağlı müraciətinə başlayarkən gözlənilmədən zarafat edib.

“Əminəm ki, siz mənim nəhayət gəldiyimə görə əl çalırsınız”, – deyə o bildirib.

Bu sözlər zalda gülüşə səbəb olub.