Bayden: “ABŞ-ın ilk Abrams tankları gələn həftə Ukraynaya çatdırılacaq”backend

Bayden: “ABŞ-ın ilk Abrams tankları gələn həftə Ukraynaya çatdırılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden ABŞ-ın ilk Abrams tanklarının gələn həftə Ukraynaya təhvil veriləcəyini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Bayden və həyat yoldaşı Cil Bayden Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskanı qəbul ediblər. Liderlər ikitərəfli və nümayəndə heyətləri arası görüşlərindən sonra kameralar qarşısına keçiblər.

Ukrayna xalqının göstərdiyi cəsarəti tərifləyən Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanı və NATO-nu məhv edə biləcəyi ilə bağlı fikirlərində yanlış olduğunu bildirib.

Bayden vurğulayıb ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanın ərazisini geri almaq üçün humanitar yardım və hərbi dəstək göstərməyə davam edəcək. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli və davamlı sülhü dəstəklədikləri mesajını təkrarlayan Bayden, Rusiyanın sülhə mane olduğunu və istəsə bu gün müharibəni bitirə biləcəyini qeyd edib. Bunun əvəzinə Bayden Rusiyanın İran və Şimali Koreyadan daha çox silah almağa çalışdığını bildirib.

//Safura Bənnayeva, Editor.az