Bayden: “ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün raketlər verməyəcək”backend

Bayden: “ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün raketlər verməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə oluna biləcək reaktiv sistemlər verməyəcəyini bildirib.

“Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”, – deyə dövlət başçısı bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, ABŞ bu həftə Ukraynaya yeni silah tədarükünü elan edə və bu çərçivədə 300 km-ə qədər məsafəyə zərbə endirməyə qadir olan HIMARS (High Mobility Advanced Rocket System) raket sistemlərini tədarük edə bilər.

Mənbə: kommersant.ru