Bayden Azərbaycana təşəkkür etdibackend

Bayden Azərbaycana təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Bayden COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden, COP29-un müvəffəqiyyətlə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib.

Bayden belə deyib: “Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün əhəmiyyətli addımlar atılıb, bugünkü uğur düzgün istiqamətdə atılmış mühüm bir addımdır. ABŞ xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi artırmaq öhdəliyinə sahibik”.

Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, COP29 həm də tarixi konsensusa nail olmaq üçün mühüm bir platforma olub.

“Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı bir məqsəd müəyyənləşdiriblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidini sürətləndirmək üçün lazım olan maliyyə resurslarını səfərbər edəcək”, – Bayden əlavə edib.