ABŞ prezidenti Co Bayden Rusiya, Çin və Şimali Koreya ilə qeyd-şərtsiz dialoq qurmağa hazır olduğunu açıqlayıb.
Editor.az xəbər verir ki, bunu Bayden 2024-cü il Nobel Sülh Mükafatını qazanan Yaponiyada yerləşən anti-nüvə silahları təşkilatı Nihon Hidankyo-nu təbrik edərkən deyib. Norveç Nobel Komitəsi builki Sülh Mükafatını “nüvə silahlarından azad dünya” uğrunda göstərdiyi səylərə görə Nihon Hidankyoya verib. Burada çıxış edən Bayden Nihon Hidankyonun nüvə silahlarının bir daha heç vaxt istifadə olunmayacağını təmin etmək üçün tarixi işini təriflədi və nüvə təhlükəsini azaltmaq üçün digər nüvə gücləri ilə işləməyə hazır olduğunu bildirib: “ABŞ, Rusiya, Çin və Şimali Koreya Nüvə təhlükəsini azaldın. Biz ilkin şərt olmadan danışıqlara girməyə hazırıq. Nüvə silahlarının azaldılması ilə bağlı irəliləyişin qarşısının alınması nə bizim ölkələrə, nə də dünyaya fayda vermir”.
//Gülnarə Abasova, Editor.az

