Bayden: “COP29 Azərbaycana əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır”backend

Bayden: “COP29 Azərbaycana əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və təmiz enerji keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır”.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bildirilib.