Bayden gözlənilmədən Kiyevə səfər edib – YENİLƏNİB + FOTO/VİDEObackend

Bayden gözlənilmədən Kiyevə səfər edib – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər edib.

Bu barədə “Bild”in jurnalisti Yulian Repke “Twitter” hesabında paylaşım edib.

“Bayden Kiyevdədir. Bu, Putin üçün nə qədər güclü işarədir”, – deyə Repke qeyd edib.

Bundan başqa rusiyalı hüquq müdafiəçisi Mark Feyqin də məlumat verib. “Bayden Kiyevdədir”, – deyə vurğulayıb.

Qeyd edək ki, fevralın 20-dən 22-dək ABŞ Prezidenti Co Baydenin Polşaya səfəri planlaşdırılırdı. Belə ki, fevralın 21-də onun Polşa Prezidenti Anjey Duda ilə görüşü gözlənilir.

Həmçinin Ukrayna xarici işlər naziri Dmitri Kuleba Brüsselə səfərini ləğv edib.

Eyni zamanda “Flightradar”a istinadən monitorinq kanalları xəbər verir ki, Polşa və Ukrayna sərhədi boyunca ABŞ-nin strateji kəşfiyyat təyyarələri uçur.

Ukrayna Prezidenti Volodimir Zelenski Baydeni salamlayıb.

O, bu barədə “Twitter” hesabında paylaşım edib. “Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün son dərəcə mühüm dəstək nümayişidir”, – deyə Ukrayna Prezidenti qeyd edib.