Bayden: “Günahsız insanların öldürüldüyünə əminəm, amma rəqəmlərə inanmıram”backend

Bayden: “Günahsız insanların öldürüldüyünə əminəm, amma rəqəmlərə inanmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin hücumları nəticəsində günahsızların öldüyünə əminəm, lakin fələstinlilərin istifadə etdiyi bu rəqəmlərə inanmıram”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyi.

Avstraliyanın baş naziri Conatan Albanese ilə keçirdiyi mətbuat konfransında Bayden İsrailin mühasirəsində olan Qəzzada mülki vətəndaşların itkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. ABŞ prezidenti Bayden HƏMAS-ın mülki əhalinin arxasında gizləndiyini və bunun İsrailə “əlavə yük” qoyduğunu bildirib. “Lakin bu, müharibə qanunlarına uyğun hərəkət etmək ehtiyacını azaltmır. Günahsız mülki insanları qorumaq nə qədər çətin olsa da, İsrail əlindən gələni etməlidir”, – Bayden deyib.

Qeyd edək ki, Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2 min 704-ü uşaq, 1584-ü qadın və 364-ü qoca olmaqla, 6 min 546 nəfərin öldüyünü, 17 min 439 nəfərin isə yaralandığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az