Bayden: Haniyə sui-qəsdi Qəzza üçün atəşkəs səylərinə töhfə vermədibackend

Bayden: Haniyə sui-qəsdi Qəzza üçün atəşkəs səylərinə töhfə vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsi səylərinə töhfə vermədi”.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

Qeyd edək ki, İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahına edilən hücumda həyatını itirib. İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib. İranın dini lideri Əli Xamneyi “Biz Haniyənin qanının qisasını almağı özümüzə borc bilirik” deyərkən, İsrailin baş naziri Benyamin Netanyahu İranı İsrailə hücum etməməsi ilə bağlı xəbərdar edib.

//Gülnarə Abasova, Editor.az